12px13px15px17px
Tarix:21/11/11

“iPhone” – mənəm-mənəmlik hissini artırır?!

Böyük Britaniyanın əsas ravvini (yəhudi ruhanisi) və Lordlar Palatasının üzvü Conatan Saks “Apple” şirkətinin yaradıcısı Stiv Cobsun fəaliyyətini kəskin tənqid edib. "Cobs insanlara xoşbəxtlik deyil, dərd gətirən eqoist cəmiyyət yaradılmasına kömək edib" – deyə o bildirib.

Conatan Saks hesab edir ki, növbəti “iPhone” smartfonunu ala bilməyən insanlar özlərini çox bədbəxt hiss edirlər.

"Bu gün biz yalnız: mən, mən, mən sözünü eşidirik", - lord Saks adları "i" hərfi ilə başlayan “Apple” məhsullarına işarə edib. "Siz fərdiyyətçi, eqosentrik mədəniyyətin tərəfdarısınızsa və yalnız "i" sizi maraqlandırırsa, yaxşı heç nə olmayacaq" – “The Telegraph” qəzeti Britaniyanın əsas ravvinindən sitat gətirir. O, insanları əşyalara deyil, ailəyə daha çox diqqət ayırmağa səsləyib, bu, həqiqi xoşbəxtliyə aparan yeganə yoldur.



Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024