12px13px15px17px
Tarix:18/10/19

İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir

İnformasiya təhlükəsizliyi üçün dünya həllər bazarının həcmi artır və yaxın illərdə artım nümayiş etdirməkdə davam edəcək. Bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin tədqiqatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2019-cu ildə kibermühafizə üçün nəzərdə tutulan avadanlıq, proqram təminatı və servislərin qlobal satışı 106,6 milyard dollara çataraq 2018-ci illə müqayisədə 10,7 faiz artacaq. Yaxın beş ildə bazarda illik artım 9,4 faiz olmaqla 2023-cü ildə 151,2 milyard dollar təşkil edəcək.

 

Şirkət nümayəndələrinin fikrincə, xidmətlər nəzərdən keçirilən bazarda ən böyük xərclər istiqaməti olacaq. İlk növbədə söhbət informasiya təhlükəsizliyinin idarəetməsi, konsaltinq, inteqrasiya və təlim ilə bağlı xidmətlərdən gedir. Analitiklərin qiymətləndirməsinə görə, 2019-cu ildə şirkətlər bu xidmətlərə 47 milyard dollar sərf edəcəklər, beş il ərzində isə bu seqmentdə 11,2 faiz səviyyəsində illik artım müşahidə ediləcək.

 

İnformasiya təhlükəsizliyi üçün ikinci ən böyük xərclər sahəsi kimi proqram təminatı qeyd olunur – 2019-cu ildə bura 38 milyard dollar qoyulacaq. Belə məhsullara təhlükəsizliyin analizi, kibertəhdidlərin axtarışı və reaksiyası üçün həllər şamil edilir.

 

Bu il informasiya təhlükəsizliyi avadanlıqlarının satışı 21 milyard dolları üstələyəcək. Bunun əksər hissəsi isə şəbəkə təhlükəsizliyi üçün qurğuların payına düşəcək.

 

İnformasiya təhlükəsizliyinə daha çox investisiya yatıran sahələrə gəldikdə, birinci yeri bank sektoru tutur. Sonrakı pillələrdə diskret istehsal və dövlət orqanları qərarlaşıb. Dünyada informasiya təhlükəsizliyi xərclərinin 30 faizi bu üç sahənin payına düşəcək. Qeyd olunan sahələr üzrə xərclərin 35 faizindən çoxuna inteqrasiya və kibermühafizə idarəetməsi xidmətləri sahib çıxacaq.

 

İnformasiya təhlükəsizliyi məhsul və xidmətlərinin satışında ən yüksək artım tempi dövlət sektoru, telekommunikasiya sənayesi və xammal sektorunda gözlənilir: 2019-2023-cü illər ərzində müvafiq olaraq illik 12,5, 11,9 və 11 faiz.

 

Bu il təhlükəsizliyin idarəetməsi xidmətləri üçün qlobal xərclər 21 milyard dolları ötəcək. Bu, nəzərdən keçirilən bazarın ən böyük seqmenti olacaq, çünki şirkətlər gecə-gündüz informasiya təhlükəsizliyi əməliyyatlarının monitorinqini və idarəetməsini həyata keçirirlər.

 

Yayılmasına görə ikinci ən böyük informasiya təhlükəsizliyi məhsulu kateqoriyası şəbəkə təhlükəsizliyi üçün qurğular, o cümlədən təhdidlərin unifikasiya edilmiş idarəetməsi üçün aparaturalar, şəbəkələrarası ekranlar və müdaxilələrin aşkarlanması və qarşısının alınması texnologiyaları olacaq.

 

Tədqiqata görə, 2019-cu ildə ABŞ-da informasiya təhlükəsizliyi bazarının həcmi 46,2 milyard dollar təşkil edəcək. Satış həcminə görə ikinci yerdə Çin, üçüncüdə Böyük Britaniya, dördüncüdə Almaniya yer alacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 118

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2019

21/11/19
Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc e

21/11/19
“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%-dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər,

21/11/19
“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

“Microsoft Teams” korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin

21/11/19
“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir

“Facebook” şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yen

21/11/19
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi 

20 11 2019

20/11/19
“Android” sistemindəki boşluq kamera vasitəsilə casusluq etməyə imkan verib

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Checkmarx” şirkəti tərəfindən “Android” sistemində aşkar

20/11/19
Bu şirkətin yeni smartfonları inanılmaz sürətlə enerji toplayacaq

“Xiaomi” şirkəti gücü 100 vatt olan yeni “Super Charge Turbo” simsiz enerji doldurma texnologiyasını təqd

20/11/19
NATO kosmosu hərbi fəaliyyət sahəsi kimi tanıyacaq

NATO-ya üzv ölkələr noyabrın 20-də xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda kosmosun alyansı

20/11/19
“Intel” və “Lenovo” ekzaflops superkompüterlərin yaradılması üçün səylərini birləşdiriblər

“Lenovo”, “Intel” və bir sıra institutlar məqsədi ekzaflops səviyyəli məhsuldar kompüterlərin geniş

20/11/19
“Pocket P.C.” mini-kompüteri “Linux” nüvəsi üzərində qurulub

“Popcorn Computer” şirkəti “Pocket P.C.” adlı mini-kompüter layihəsini təqdim edib.

20/11/19
“Windows 10” sistemi “DoH” protokolunu dəstəkləyəcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin gələcək buraxılışlarında 

20/11/19
“Samsung” yeni qatlanan smartfonunu təqdim edib

“Samsung” şirkəti planlaşdırıldığı kimi, Çində “W20 5G” adlı ikinci qatlanan smartfonunu təqdim edib. Qur

20/11/19
“Ağıllı” kart istehsalçısı fərdi informasiyanın mühafizəsi haqqında məlumat verib

Hər bir internet və müxtəlif proqram istifadəçiləri ilk növbədə özü fərdi məlumatlarının mühafizəsi haqqı

20/11/19
Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb

Beynəlxalq alimlər qrupu uzunmüddətli kosmik uçuşların astronavtların sağlamlığı üçün yeni ölümcül t

20/11/19
İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu elektron poçtla məktub göndərilməsi, daha