12px13px15px17px
Tarix:21/10/19

Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı superkompüterin qurulması planlaşdırılır. Ölkə hökuməti və “HP” şirkətinin “Cray” törəməsi arasında yeni kompüterin hazırlanması və işə salınması haqqında saziş imzalanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA.” resursuna istinadən yazır ki, yeni qurğu 2013-cü ildən fəaliyyət göstərən birinci nəsil “ARCHER” superkompüterini əvəzləyəcək. Universitetin məlumatına görə, birinci versiyanın qurulması üçün xərclər 55,5 milyon dollar təşkil etdiyi halda yeni model təqribən 102 milyon dollara başa gələcək. “EPYC Rome” prosessorlarından istifadə sayəsində məhsuldarlığın mövcud modellə müqayisədə 11 dəfə artacağı gözlənilir.

 

“ARCHER2” superkompüterinə maksimum 2,2 QHs tezlikli 11 696 mərkəzi “EPYC Rome” prosessoru daxil olacaq. Hesablama nüvələrinin ümumi sayı 748 544 təşkil edir. Həmçinin pik məhsuldarlıq 28 petaflopsa çatacaq. Superkompüter 1,57 petabayt operativ yaddaş, eləcə də 14,5 petabayt quraşdırılmış yaddaş və fləş-yaddaş əsasında 1,1 petabayt tutumlu yaddaşla təchiz ediləcək.

 

“ARCHER2” gələcəkdə dünyanın 5 ən sürətli superkompüteri siyahısına daxil ola bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2019

20 11 2019

20/11/19
“Android” sistemindəki boşluq kamera vasitəsilə casusluq etməyə imkan verib

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Checkmarx” şirkəti tərəfindən “Android” sistemində aşkar

20/11/19
Bu şirkətin yeni smartfonları inanılmaz sürətlə enerji toplayacaq

“Xiaomi” şirkəti gücü 100 vatt olan yeni “Super Charge Turbo” simsiz enerji doldurma texnologiyasını təqd

20/11/19
NATO kosmosu hərbi fəaliyyət sahəsi kimi tanıyacaq

NATO-ya üzv ölkələr noyabrın 20-də xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda kosmosun alyansı

20/11/19
“Intel” və “Lenovo” ekzaflops superkompüterlərin yaradılması üçün səylərini birləşdiriblər

“Lenovo”, “Intel” və bir sıra institutlar məqsədi ekzaflops səviyyəli məhsuldar kompüterlərin geniş

20/11/19
“Pocket P.C.” mini-kompüteri “Linux” nüvəsi üzərində qurulub

“Popcorn Computer” şirkəti “Pocket P.C.” adlı mini-kompüter layihəsini təqdim edib.

20/11/19
“Windows 10” sistemi “DoH” protokolunu dəstəkləyəcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin gələcək buraxılışlarında 

20/11/19
“Samsung” yeni qatlanan smartfonunu təqdim edib

“Samsung” şirkəti planlaşdırıldığı kimi, Çində “W20 5G” adlı ikinci qatlanan smartfonunu təqdim edib. Qur

20/11/19
“Ağıllı” kart istehsalçısı fərdi informasiyanın mühafizəsi haqqında məlumat verib

Hər bir internet və müxtəlif proqram istifadəçiləri ilk növbədə özü fərdi məlumatlarının mühafizəsi haqqı

20/11/19
Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb

Beynəlxalq alimlər qrupu uzunmüddətli kosmik uçuşların astronavtların sağlamlığı üçün yeni ölümcül t

20/11/19
İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu elektron poçtla məktub göndərilməsi, daha