12px13px15px17px
Tarix:21/10/19

“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın "Oracle" şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə "The Wall Street Journal" nəşri şirkətə istinadən məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, məlumata görə, 62 yaşlı baş direktor sentyabrda sağlamlıq vəziyyəti ilə əlaqədar öz hesabına məzuniyyətə çıxıb.

 

1977-ci ildə Larri Ellison tərəfindən təsis edilən "Oracle Corporation" şirkəti təşkilatlar üçün proqram təminatı istehsalçısı və server avadanlığı tədarükçüsüdür. 2014-cü ilin payızında şirkətin Direktorlar Şurası Sara Kats və Mark Herdi baş direktor seçib. S.Kats istehsal, maliyyə və hüquq bölmələrinə görə məsuliyyət daşıyır. M.Herd isə satış, servis və biznes bölmələrinin idarəetməsini həyata keçirib.

 

Nizam Nuriyev





Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024