12px13px15px17px
Tarix:21/10/19

2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün "InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci "Bakı Elektron Ticarət Forumu (BEF – 2019)" işə başlayıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin təşkilatçılığı, "PAŞA Bank"ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş, pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib. "İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar və platformalar vasitəsilə ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir", – deyə nazir bildirib.

 

Ramin Quluzadə çıxışında deyib ki, müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir. "Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunmuş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri uğurla icra olunmaqdadır. Bu isə öz növbəsində bütün sahələrdə olduğu kimi, elektron ticarətin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə inkişaf dinamikası buna əyani sübutdur".

 

Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" ölkələrində "Rəqəmsal Bazarların Uyğunlaşdırılması" təşəbbüsü çərçivəsində elektron ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi, transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik və s. istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb. "Bu gün Bakı Elektron Ticarət Forumunun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur", – deyə nazir bildirib.

 

Ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

 

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

 

"Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti" adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub.

 

"Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər" sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.

 

Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə "Onlayn ödəmə sistemləri və rəqəmsal həllər" sessiyasının müzakirə mövzuları olub.

 

"Ağıllı sərhədlər: ticarət, turizm və logistika üçün imkanlar" sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.

 

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyul 2020

04/07/20
“EvilQuest” virusu “macOS” sistemində faylları şifrləyir

“Malwarebytes” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri “macOS” üçün faylları şifrlə

04/07/20
“Motorola One Fusion” smartfonu “HD plus” ekranı ilə təchiz olunub

Orta səviyyəli “Motorola One Fusion” smartfonunun rəsmi təqdimatı keçirilib.

04/07/20
“MacOS” sistemi ilə işləyən “iPhone” smartfonunun sınaqları keçirilir

“Apple” şirkəti “Galaxy” smartfonları üçün “Samsung Dex” dok-stansiyasını (birləşdirici qur

03 07 2020

03/07/20
“Honor 30 Lite” smartfonu rəsmən təqdim edilib

“Huawei” şirkətinə məxsus “Honor” brendi 90 hers yeniləmə tezlikli ekran və “MediaTek Dimensity 800

03/07/20
Yaponiyada piyadalara smartfondan istifadə etmək qadağan edilib

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab

03/07/20
Yeni “OnePlus” televizorları nümayiş olunub

“OnePlus” şirkəti Hindistanda yeni televizorlar seriyası təqdim edib. Seriyaya üç model – “HD” təsvir<

03/07/20
“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirildi

“Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plena

03/07/20
Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompü

03/07/20
Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

“Strategy Analytics” tədqiqat şirkəti smartfonlar üçün qlobal akkumulyatorlar bazarında artım qeydə alınm

03/07/20
“MediaTek” prosessoru qabaqcıl televizorlarda istifadə ediləcək

“MediaTek” şirkəti “ağıllı” televizorlarda istifadə üçün nəzərdə tutulan yeni prosessor nümayiş et

03/07/20
“Sony” şirkətinin adı dəyişib

“Sony” səhmdarlarının ötən həftənin cümə günündə keçirilən illik iclasında şirkətin adının “Sony Gr

03/07/20
“Xiaomi Mi TV Master” televizoru “OLED” ekranla təchiz edilib

Çinin “Xiaomi” şirkəti “Mi TV Master Series” adlı yeni “ağıllı” televizorlar seriyası təqdim edib. Se