12px13px15px17px
Tarix:22/10/19

2-ci “Bakı Elektron Ticarət Forumu” davam edir

"InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində keçirilən 2-ci "Bakı Elektron Ticarət Forumu (BEF – 2019)" bu gün İnnovasiyalar Agentliyində davam edir. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa Birliyinin təşkilatçılığı, "PAŞA Bank"ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara E-ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında "Master class" keçirilib. "Master class"ın məqsəd E-ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirməkdir.

Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.
 

 

 

 

 





Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024