12px13px15px17px
Tarix:23/10/19

“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verir. Bu haqda “WABetaInfo” portalı məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, indi messencer istifadəçisi onu müzakirələrə dəvət edəcək şəxsi seçmək imkanı əldə edəcək: bütün istifadəçilər, yalnız qeyd kitabçasındakı  insanlar və yaxud heç kim. Bundan başqa bəzi hesabları qara siyahıya daxil etmək mümkündür.
 
Yeni funksiya messencerin “iOS” üçün 2.19.110.20 və “Android” üçün 2.19.298 beta versiyalarında əlçatandır.
 
Funksiyaya giriş üçün “WhatsApp” messencerində sazlamalara daxil olmaq, hesabın idarəetməsinə keçmək, "təhlükəsizlik" bölməsini seçmək lazımdır.
 
Emil Hüseynov





Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024