12px13px15px17px
Tarix:23/10/19

2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin inkişafı ilə bağlı öz araşdırmasını dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2022-ci ildə smartfon bazarının təxminən 60%-i, 2025-ci ildə isə 75%-i belə qurğuların payına düşəcək.

 

“5G” aparatların qiyməti Çində daha tez ucuzlaşacaq, çünki bu ölkədə ənənəvi olaraq qiymətlərin aşağı salınması prioritetdir. Çin sayəsində “5G” telefonların orta satış qiyməti azalacaq, “Strategy Analytics”in analitikləri belə hesab edirlər.

 

Bundan əvvəl “Strategy Analytics”in proqnozuna görə, 2019-cu ildə “5G” mobil rabitə texnologiyasına malik smartfonların qlobal tədarük həcmi 5 milyon təşkil edəcək.

 

“IDC”nin proqnozuna əsasən, 2020-ci ildə 123 milyon “5G” telefonu təqdim ediləcək.

 

Emil Hüseynov





Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024