12px13px15px17px
Tarix:24/10/19

Bu il dünya İT bazarında cüzi artım gözlənilir

“Gartner” şirkəti dünya informasiya texnologiyaları (İT) bazarı üzrə 2019-cu ili və sonrakı iki ili əhatə edən yeni proqnoz dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, göstərilən məlumatlarda data mərkəzləri üçün sistemlərin tədarükü, korporativ sinifli proqram təminatı və müxtəlif avadanlığın təchizatı, eləcə də İT sahəsində kommunikasiya və müxtəlif servislər üçün xərclər nəzərə alınıb.

 

Bildirilir ki, cari ildə qeyd olunan bazarın həcmi təqribən 3,7 trilyon dollar təşkil edəcək. Bu, ötən illə müqayisədə 0,4 faiz artıma bərabər olacaq.

 

2020-ci ildə artım tempi ardıcıl şəkildə artaraq 3,7 faiz təşkil edəcək. Proqnoz özünü doğruldacağı təqdirdə dünya İT bazarının həcmi 3,9 trilyon dollara çatacaq.

 

Şirkət ekspertlərinin fikrincə, 2021-ci ildə xərclər ötən illə müqayisədə 3,8 faiz artacaq. Nəticədə sahənin həcmi əlamətdar 4,0 trilyon dollarlıq həddi ötəcək.

 

Bazarın ən böyük seqmentləri kommunikasiya və İT servisləri olaraq qalacaq: onların xərclərin ümumi həcmində payı 60 faizə bərabər olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024