12px13px15px17px
Tarix:25/10/19

“Samsung” smartfonlar üçün 12 QB-lıq əməli yaddaş istehsalına başlayıb

Cənubi Koreyanın smartfon və elektronika istehsalçısı “Samsung” şirkəti “Exynos 990” prosessoru ilə yanaşı, “LPDDR4X” standartına uyğun əməli yaddaş çipini təqdim edib. Modulların tutumu 12 QB təşkil edir və şirkətin nümayəndələrinin iddiasına görə, həmin modullar orta qiymət diapazonuna aid smartfonlarda tətbiq edilə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni çiplərdə məlumatların ötürülmə sürəti 4266 Mbit/s təşkil edir ki, bu da orta büdcəli mobil qurğularda 4K formatında videoların çəkilməsi və süni intellekt funksiyalarının işləməsi üçün kifayətdir.

 

Emil Hüseynov





Baxış sayı: 514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024