12px13px15px17px
Tarix:25/10/19

Təşkilatların 71 faizi kvant kompüterləri təhlükəsizlik üçün təhdid hesab edir

ABŞ-ın "DigiCert" texnoloji şirkəti tədqiqat apararaq qlobal təşkilatların 71 faizinin kvant kompüterlərin yaradılmasını təhlükəsizlik üçün ciddi təhdid hesab etdiyini açıqlayıb. Kvant kompüterlərin yaradılması ilə əlaqədar real təhdidlərin üç il ərzində meydana çıxacağı gözlənilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, "DigiCert 2019 Post Quantum Crypto Survey" adlı tədqiqat çərçivəsində keçirilən sorğu "ReRez Research" şirkəti tərəfindən bu ilin avqustunda ABŞ, Almaniya və Yaponiyanın kritik əhəmiyyətli sənaye infrastrukturunda 400 müəssisə və təşkilat arasında aparılıb.

 

Respondentlərin 55 faizinin fikrincə, kvant hesablamaları artıq indidən təhlükəsizlik üçün müəyyən və ya çox böyük təhlükə törətməyə başlayıb. Daha 71 faiz gələcəkdə bunun böyük təhlükəyə çevriləcəyini düşünür.

 

Orta proqnoza görə, kvant kompüterlər tərəfindən yaradılan təhlükəsizlik üçün təhdidlərlə mübarizə üçün postkvant kriptoqrafiyadan (Post Quantum Crypto, PQC) istifadədən zərurət 2022-ci ildə yarana bilər. Bu o deməkdir ki, hazırlıq üçün lazım olan vaxt analitiklərin proqnozlaşdırdığından daha azdır.

 

Təhlükənin ciddiliyini anlayan respondentlərin 83 faizi hesab edir ki, informasiya texnologiyaları kvant sahədə təhlükəsizliyin təmini üçün metodlar barədə məlumatlı olmalıdır. Rəyi soruşulanların 95 faizi kvant hesablamalara hazırlıq üçün ən azı bir variantı nəzərdən keçirdiyini bildirib. Lakin rəyi öyrənilən hər beş nəfərdən ikisi bunu çətin iş hesab edir.

 

Postkvant kriptoqrafiyanın tətbiqində əsas problemlər kimi yüksək xərclər, işçi heyətində bilik çatışmazlığı, təchizatçılar tərəfindən sertifikatların vaxtında yenilənməməsi göstərilir.

 

Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

 

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

 

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

 

Nizam Nuriyev





Baxış sayı: 139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2019

21/11/19
“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%-dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər,

21/11/19
“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

“Microsoft Teams” korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin

21/11/19
“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir

“Facebook” şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yen

21/11/19
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi 

20 11 2019

20/11/19
“Android” sistemindəki boşluq kamera vasitəsilə casusluq etməyə imkan verib

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Checkmarx” şirkəti tərəfindən “Android” sistemində aşkar

20/11/19
Bu şirkətin yeni smartfonları inanılmaz sürətlə enerji toplayacaq

“Xiaomi” şirkəti gücü 100 vatt olan yeni “Super Charge Turbo” simsiz enerji doldurma texnologiyasını təqd

20/11/19
NATO kosmosu hərbi fəaliyyət sahəsi kimi tanıyacaq

NATO-ya üzv ölkələr noyabrın 20-də xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda kosmosun alyansı

20/11/19
“Intel” və “Lenovo” ekzaflops superkompüterlərin yaradılması üçün səylərini birləşdiriblər

“Lenovo”, “Intel” və bir sıra institutlar məqsədi ekzaflops səviyyəli məhsuldar kompüterlərin geniş

20/11/19
“Pocket P.C.” mini-kompüteri “Linux” nüvəsi üzərində qurulub

“Popcorn Computer” şirkəti “Pocket P.C.” adlı mini-kompüter layihəsini təqdim edib.

20/11/19
“Windows 10” sistemi “DoH” protokolunu dəstəkləyəcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin gələcək buraxılışlarında 

20/11/19
“Samsung” yeni qatlanan smartfonunu təqdim edib

“Samsung” şirkəti planlaşdırıldığı kimi, Çində “W20 5G” adlı ikinci qatlanan smartfonunu təqdim edib. Qur

20/11/19
“Ağıllı” kart istehsalçısı fərdi informasiyanın mühafizəsi haqqında məlumat verib

Hər bir internet və müxtəlif proqram istifadəçiləri ilk növbədə özü fərdi məlumatlarının mühafizəsi haqqı

20/11/19
Marsa uçuş üçün yeni ölümcül təhlükə açıqlanıb

Beynəlxalq alimlər qrupu uzunmüddətli kosmik uçuşların astronavtların sağlamlığı üçün yeni ölümcül t

20/11/19
İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu elektron poçtla məktub göndərilməsi, daha