12px13px15px17px
Tarix:26/10/19

“Microsoft” 10 milyard dollarlıq hərbi müqavilə imzalayıb

“Microsoft” bulud texnologiyasına əsaslanan infrastruktur yaratmaq üçün Pentaqonla 10 milyard dollarlıq hərbi müqavilə imzalayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "Müdafiə Nazirliyi bulud texnologiyasına əsaslanan məlumat xidmətlərinin göstərilməsi üçün “Microsoft” korporasiyası ilə ümumi məqsədli kommersiya müqaviləsi imzalamaqla bulud strategiyamızı həyata keçirmək istiqamətində də daha bir addım atıb" – deyə nazirlikdən bildirilib.
 
Bu müqaviləni imzalamaq üçün digər nəhəng şirkətlər də mübarizə apardılar. Məsələn, “Amazon”, “Microsoft”, “IBM”, “Oracle” bulud infrastrukturunun yaradılması üçün 10 milyard dollarlıq müqavilə təklif edənlər arasında olublar.
 
Emil Hüseynov




Baxış sayı: 1237

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024