12px13px15px17px
Tarix:29/10/19

Yenilənmiş “NVIDIA SHIELD TV” qurğusu təqdim edilib

“NVIDIA” şirkəti “SHIELD TV” “ağıllı” ev mediaplatformasının yeni versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “SHIELD TV” adi televizoru “ağıllı” televizora çevirməklə səs, təsvir və naviqasiyanın keyfiyyətini yaxşılaşdıran qurğudur. İlk dəfə 5 il əvvəl nümayiş olunan qurğu hazırda təkmilləşdirilib və onun köhnə modeli yenilənib. O, orijinalla müqayisədə məhsuldarlığın 25 faiz artımını təmin edən “Tegra X1 ” prosessoru ilə işləyir. Qurğunun “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləməsi səbəbindən istifadəçilər “Google Play” mağazasında yarım milyondan çox film və 5 min oyun və əlavədən avtomatik yararlana biləcəklər.

 

Yeni “SHIELD” mediaplatformasının “Dolby Atmos” və “Dolby Vision” texnologiyalarının dəstəyi, təkmilləşdirilmiş dizayn və qurğu idarəetmə elementləri ilə yanaşı, daha bir əsas xüsusiyyəti kimi “720p” formatlı görüntünün keyfiyyətini “4K” standartınadək yaxşılaşdıran süni intellekt göstərilir. Yeni “SHIELD TV” iki versiyada təklif olunacaq: adi və oyun həvəskarlarının tələblərinə daha yaxşı cavab vermək üçün əlavə 1 giqabayt operativ yaddaş tutumuna malik “Pro” versiyası.

 

Mediaplatformanın adi versiyasının qiyməti 220 dollar, oyunlar üçün optimallaşdırılan “Pro” versiyasının isə 275 dollar təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024