12px13px15px17px
Tarix:30/10/19

“Huawei”: “2025-ci ildə dünyada 480 milyon ev təsərrüfatı “5G” şəbəkəsinə çıxış əldə edəcək”

“Huawei Technologies” şirkətinin Braziliya bölməsinin icraçı direktoru Derrik San San-Pauloda keçirilən telekommunikasiya tədbirində çıxışı zamanı 2025-ci ildə dünyada 480 milyon ev təsərrüfatının beşinci nəsil mobil rabitə şəbəkəsindən (5G) istifadə edəcəyini bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Huawei” şirkətinin proqnozuna görə, 2021-ci ildə 70-dən çox ölkə “5G” üçün tezlik spektrlərini ayıracaq. “Huawei Brasil” rəhbərinin sözlərinə görə, hazırda 56 ölkə “5G” şəbəkəsini qurub, daha 40 ölkə isə “5G” əsasında servislərdən birini istifadəyə verib.

 

D.San qeyd edib ki, Braziliya 2020-ci ildə keçiriləcək “5G” tezlikləri üçün hərracın tarixini təyin edənədək yeni texnologiyanın sınaqlarını davam etdirəcək.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024