12px13px15px17px
Tarix:30/10/19

Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi BTİ-nin Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə seçilib

Misirin Şarm-əl-Şeyx şəhərində Ümumdünya Radiorabitə Konfransının açılışı olub. Tədbiri Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi açıq elan edib.

 

Sonra BMT-nin baş katibi Antonio Quterresin konfrans iştirakçılarına ünvanladığı video müraciəti yayımlanıb.

 

Konfrans 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir.

 

Sözügedən tədbirlər çərçivəsində radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan 5G texnologiyasına radiotezliklərin ayrılması, müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məslələrə dair müzakirələr aparılır.

 

Tədbirdə ölkəmiz nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, "Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə seçilib.

 

 





Baxış sayı: 447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2019

14 11 2019

14/11/19
ABŞ-da ətraf mühitə zərər verməyən ilk daşınan tibbi laboratoriya təqdim edilib

ABŞ-da Kaliforniya Universiteti tibbi avadanlığı toplaya, sterilizasiya və təmir edə bilən ilk daşınan

14/11/19
“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

“Motorola” şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. “Samsung Galaxy Fold” cihazından fər

14/11/19
İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Tezliklə ilk “ağıllı” “Nokia” televizoru təqdim ediləcək.

14/11/19
“Tesla” şirkəti Berlində ilk Avropa zavodunu tikəcək

ABŞ-ın elektromobillərin istehsalı üzrə “Tesla” şirkəti Avropada ilk olmaqla Berlin yaxınlığında böyük za

14/11/19
“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporas

14/11/19
“İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilmiş “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiad

14/11/19
“Adobe” və “Microsoft” şirkətləri “bulud” bazarında əməkdaşlığı genişləndirir

“Adobe” və “Microsoft” şirkətləri “bulud” hesablamaları bazarında əməkdaşlığı genişləndirməyə 

14/11/19
Çində nəhəng külək generatoru hazırlanıb

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək genera