12px13px15px17px
Tarix:31/10/19

Yeni virus 45 mindən çox “Android” qurğusunu yoluxdurub

"Android" əməliyyat sistemi üçün yeni növ zərərli proqram təminatı 45 mindən çox qurğunu yoluxdurub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "xHelper" adlı troyan əsasən Hindistan, ABŞ və Rusiya istifadəçilərinə qarşı yönəlib. İlk dəfə 2019-cu ilin mayında kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən aşkarlanan virus hazırda ən çox aşkarlanan mobil zərərli proqramlar onluğuna daxildir. "Symantec" şirkətinin məlumatına görə, təkcə son ayda orta hesabla gündə 131, ay ərzində isə 2400 qurğu yoluxdurulub.

 

Ehtimal olunur ki, proses istifadəçilər tərəfindən quraşdırmaların yenilənməsi və onun əllə silinməsinə baxmayaraq daim təhlükəli proqram təminatını yükləyən zərərli sistem əlavəsi vasitəsilə baş verir. Digər tərəfdən, "MalwareBytes" tədqiqatçılarının fikrincə, troyan heç nədən şübhələnməyən istifadəçiləri etibarsız kənar mənbələrdən yükləməyə məcbur edən gizli oyun internet saytları vasitəsilə yayılır.

 

Məlumata görə, "xHelper" ev ekranının işə salınması panelində işarə və proqram qovluqları yaratmır. Onu aşkarlamağa imkan verən yeganə göstərici yoluxdurulmuş telefonun sazlama əlavəsi haqqında informasiya bölməsi siyahısıdır. Əlavə işarəsinin olmaması o deməkdir ki, zərərli proqramı əllə işə salmaq mümkün deyil, lakin o məhdudiyyətləri kənar triqqerlər (yaddaşa malik rəqəmli qurğu) vasitəsilə aradan qaldıra bilər: qurğunun enerji mənbəyinə qoşulması və ya ayrılması, yenidən yükləmə, əlavənin quraşdırılması və ya ləğvi.

 

Kibertəhlükəsizlik üzrə mütəxəssislərin sözlərinə görə, "xHelper" hələlik ciddi təhlükə törətmir. Lakin gələcəkdə troyan digər zərərli əlavələrin quraşdırılması və ya qurğuya məsafədən nəzarət üçün istifadə oluna bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Noyabr 2019

19 11 2019

19/11/19
Smartfon və digər cihazların elastik ekranları üçün plastik şüşə hazırlanıb

Tampere Universitetinin fizikləri tərəfindən şüşəyə bənzər alüminium oksidindən hazırlanmış incə plyonkal

19/11/19
“Xiaomi” ilk elektron kitab oxuducusunu təqdim edib

“MiReader” – “Android” mobil əməliyyat sistemi ilə işləyən və elektron mürəkkəb texnologiyasına əsaslanan

19/11/19
Eyni anda 8 materialdan çap edə bilən yeni “3D” printer təqdim olunub

Harvardda Uiss Universitetinin alimləri 8 müxtəlif materialdan obyektlər çap edə bilən yeni “3D” printer

19/11/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiya hazırlanacaq

BMT Baş Assambleyasının 74-cü sessiyasının Üçüncü komitəsinin iclasında informasiya texnologiyalarından

19/11/19
Robot balıq ixtira edilib

Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) m

19/11/19
“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib

“Google” şirkəti Sakit okeanın dibi ilə “Curie” adlı yüksəksürətli optik lif kabelinin çəkilişini

19/11/19
“Samsung Galaxy Note10+” smartfonunun xüsusi versiyası təqdim edilib

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note10+ ” smartfonunun “Star Wars” (“Ulduz müharibələri”

19/11/19
“5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

2020-ci ildə kommersiya tipli “5G” xidmətlər bazarı populyarlaşacaq. Bu, beşinci nəsil şəbəkələrin “FWA 5

19/11/19
“WhatsApp” vasitəsilə telefona müdaxilə etmək üsulu aşkar edilib

“Facebook”un əməkdaşları “WhatsApp” xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə

19/11/19
“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” üçün dəstəyini dayandırır

“Microsoft” korporasiyası “Cortana” səs köməkçisinin “iOS” və “Android” mobil əməliy