12px13px15px17px
Tarix:05/11/19

Ən güclü sənaye superkompüteri tikiləcək

İtaliyanın “Eni” neft-qaz şirkəti “HPC5” adlı yeni superkompüter tikmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, mövcud “HPC4” superkompüteri ilə müqayisədə yeni qurğunun ən yüksək məhsuldarlığı üç dəfə – 18 petaflopsdan 52 petaflopsadək artacaq. Bundan başqa, köhnə qurğunun fəaliyyətini davam etdirməsinə görə ümumi güc 70 petaflops təşkil edəcək ki, bu da “Eni” superkompüterini sənaye səviyyəli ən güclü “HPC” sisteminə malik qurğu edəcək.

 

Məlumata görə, sistemin tərkibinə hər birində iki 24 nüvəli “Intel Xeon Gold 6252” prosessorunun və dörd “NVIDIA V100” sürətləndiricisinin quraşdırıldığı 1820 ədəd “Dell EMC PowerEdge C4140” qovşağı daxildir. Şəbəkə qismində “InfiniBand HDR” sistemindən istifadə planlaşdırılır. Bloklanmayan topologiyaya malik şəbəkə 20 Qbit/saniyə sürətlə işləyən “Mellanox” həlləri üzərində qurulacaq. Məlumat saxlama altsisteminin həcmi ümumi məhsuldarlıq 200 giqabayt/saniyə olmaqla 15 petabayta çatacaq.

 

“HPC5” sistemi “Eni” şirkətinə məxsus və 2013-cü ildə istifadəyə verilən “Green Data Center” məlumat emalı mərkəzində quraşdırılacaq. Yeni superkompüterin əsas işi mineral olmayan enerji mənbələri sahəsində tədqiqatların aparılması olacaq. Həmçinin “HPC5” şirkətə geoloji kəşfiyyat, yeni neft yataqlarının işlənməsi və monitorinqi sahəsində kömək edəcək.

 

“HPC5” qurğusunun sahə üzrə hazırkı lider – “Total” şirkətinin 31,7 petaflops məhsuldarlığa malik “Pangea III” superkompüterini geridə qoyacağı gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024