12px13px15px17px
Tarix:05/11/19

Mühəndislər çətinliklə gedilə bilən yerlərdə çəkiliş üçün yerüstü pilotsuz aparat hazırlayıblar

Hindistanın “Vanora Robots” startapı “Steve” yerüstü pilotsuz aparatı üçün kamera ilə təchiz edilmiş təkərli platforma işləyib hazırlayıb. Qurğunun əsas vəzifəsi kameranı istifadəçi üçün əlçatmaz olan yerlərə (məsələn, dar mağara) aparıb çatdırmaqdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, dörd təkər üzərində hərəkət edən qurğuya video və foto çəkiliş üçün bir və ya bir neçə kamera bərkidilib. “Steve” dərəli-təpəli ərazidə hərəkət etmək qabiliyyətinə malikdir, bundan başqa onun təkərləri iki tərəflidir ki, bu da qurğuya 360 dərəcə çevrilməyə imkan verir.

 

İstifadəçilər radio idarəetmə pultunun köməyi ilə qurğunu real vaxt rejimində idarə edə bilərlər. Platformanın maksimum yükgötürmə qabiliyyəti 20 kq təşkil edir: ona kənar istehsalçıların kamerasını quraşdırmaq olar.

 

“Steve” bir neçə litium-ion batareyasının köməyi ilə enerji toplayır. İndi “Vanora Robots” startapı “Steve” pilotsuz aparatının ilk partiyasının istehsalına pul toplayır, platformanın dəyəri təxminən 643 dollar təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024