12px13px15px17px
Tarix:06/11/19

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” keçirilib

Ukraynanın Kiyev şəhərində beynəlxalq "StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu" təşkil olunub. Məqsəd dövlət və özəl sektor, qeyri-hökumət təşkilatları və maliyyə qurumlarının yerli nümayəndələrini bir yerə toplayaraq, regiondakı innovativ iqtisadiyyatın inkişafı üzrə görüləcək işlərin müzakirə, eyni zamanda Avrasiya ölkələrinin qlobal iqtisadi və təhlükəsizlik sisteminə inteqrasiyasına kömək etməkdir.



Tədbirdə ölkəmizi təmsil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov "Avrasiyada İT sənayesi - fərqli yollar, ümumi çağırışlar" mövzusu üzrə paneldə təqdimatla çıxış edib. Nazirlik rəsmisi Azərbaycanda formalaşmış İKT və innovasiya ekosistemi barədə ətraflı danışaraq, dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə innovasiya təşəbbüskarlığının təbliği, innovativ layihələrə, o cümlədən startaplara qrant, güzəştli kredit verilməsi, innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi istiqamətində davamlı işlər görülür. Müzakirələrdə Azərbaycanda İKT sahəsi üzrə trendlərin hazırkı vəziyyəti və perspektivləri də prioritet olub.



Forum Avrasiya regionu üzrə vahid İKT infrastrukturunun yaradılması, innovativ xidmətlərin göstərilməsi kimi mühüm məsələlərə dair müzakirələrlə davam edib.
 
 

 

 





Baxış sayı: 297

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2019

14 11 2019

14/11/19
ABŞ-da ətraf mühitə zərər verməyən ilk daşınan tibbi laboratoriya təqdim edilib

ABŞ-da Kaliforniya Universiteti tibbi avadanlığı toplaya, sterilizasiya və təmir edə bilən ilk daşınan

14/11/19
“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

“Motorola” şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. “Samsung Galaxy Fold” cihazından fər

14/11/19
İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Tezliklə ilk “ağıllı” “Nokia” televizoru təqdim ediləcək.

14/11/19
“Tesla” şirkəti Berlində ilk Avropa zavodunu tikəcək

ABŞ-ın elektromobillərin istehsalı üzrə “Tesla” şirkəti Avropada ilk olmaqla Berlin yaxınlığında böyük za

14/11/19
“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporas

14/11/19
“İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilmiş “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiad

14/11/19
“Adobe” və “Microsoft” şirkətləri “bulud” bazarında əməkdaşlığı genişləndirir

“Adobe” və “Microsoft” şirkətləri “bulud” hesablamaları bazarında əməkdaşlığı genişləndirməyə 

14/11/19
Çində nəhəng külək generatoru hazırlanıb

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək genera