12px13px15px17px
Tarix:07/11/19

İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb

"UPS Flight Forward" çatdırılma xidmətinin törəmə pilotsuz təyyarənin köməyi ilə resept üzrə dərmanları birbaşa müştərinin evinə çatdırıb. Çatdırma "CVS" apteki ilə əməkdaşlıq çərçivəsində, həmçinin pilotsuz uçan aparatlar üzrə ixtisaslaşmış "Matternet" logistik şirkəti ilə birgə həyata keçirilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, uçuş avtonom şəkildə, amma operatorun müşahidəsi altında həyata keçirilib. Şirkət ümid edir ki, gələcəkdə belə pilotsuz uçan aparatlar məhdud fiziki imkanlı müştərilərin dərman vasitələri əldə etməsini asanlaşdıracaq.

 

Pilotsuz təyyarələrin köməyi ilə çatdırılma prosesinin zəif inkişafı əsasən şirkətlərə operatorun birbaşa görünüşündən kənarda və ya Federal Aviasiya İdarəsinin lazımi icazəsi olmadan gecə vaxtı uçmağa imkan verməyən tənzimləmə məsələləri ilə bağlıdır.

 

Emil Hüseynov





Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024