12px13px15px17px
Tarix:07/11/19

Robotun köməyilə dünyada ilk beyin əməliyyatı həyata keçirilib

Tibb sahəsində istifadə olunan robotlarn mürəkkəbliyi və funksiyalarının sayı hər il artır. Uzaq məsafədən həyata keçirilmiş ürək əməliyyatından sonra həkimlər mexaniki manipulyatorun köməyi ilə pasiyentin beyninə cərrahi müdaxilə ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, anevrizmin ləğvi üzrə mürəkkəb əməliyyat Kanadada cərrah Vitor Mendes Pereyra tərəfindən həyata keçirilib. O, hərəkətlərin yüksək dəqiqliyini təmin edən, coystik və sensor ekranın köməyilə idarə olunan ikinci nəsil “CorPath GRX” avtomatlaşdırılmış əldən istifadə edib.

 

Robotun kabel vasitəsilə operator pultuna birləşdirilməsinə baxmayaraq, istehsalçılar gələcəkdə belə əməliyyatların uzaq məsafədən həyata keçiriləcəyinə ümid edirlər. Pereyra pasiyenti əməliyyat etməzdən öncə onun beyninin strukturunu dəqiq köçürən “3D” model üzərində məşq edib və əməkdaşlardan ibarət komanda ilə qarşılıqlı əlaqəni yoxlayıb.

 

Emil Hüseynov





Baxış sayı: 464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020