12px13px15px17px
Tarix:08/11/19

“Google” təhlükəsiz çiplərin yaradılması üçün layihə istifadəyə verib

“Google” şirkəti istehlak qurğuları və data mərkəzi avadanlıqları üçün təhlükəsiz çiplərin yaradılmasını nəzərdə tutan “OpenTitan” layihəsini istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət açıq spesifikasiyalı və “root-of-trust” mikrosxemlərinin hazırlanması məqsədilə texnoloji şirkətləri əməkdaşlığa cəlb edir.

 

Belə konsepsiya kibermüdaxilələrin qarşısını alan xüsusi modulun mövcudluğunu nəzərdə tutur. Məsələn, qabaqcıl “Google Pixel 4” smartfonlarında bu rolu “Titan M” mikrokontrolleri – qurğu işə salınan zaman quraşdırılmış proqram təminatının təhlükəsizliyini yoxlayan miniatür prosessor oynayır.

 

“OpenTitan” ideyasının mahiyyəti ondan ibarətdir ki, proqram təminatı avtorizə edilmiş və yoxlanılan kodun tətbiq edildiyi təsdiq edilmiş komponentlərdə işə salınır. Bu, düzgün proqram təminatları vasitəsilə yüklənməyə imkan verəcək, server və ya qurğunun təsdiqi üçün unikal kriptoqrafik identifikatoru təmin edəcək, şifrləmə açarları kimi məxfi məlumatları hətta qurğudan fiziki istifadə etmək imkanına malik insanlardan qoruyacaq.

 

“Google” nümayəndələrinin sözlərinə görə, “OpenTitan” layihəsi vasitəsilə yaradılan texnologiyalar çip istehsalçıları, platforma tədarükçüləri və infrastrukturu təkmilləşdirmək istəyən və təhlükəsizliyin qayğısına qalan təşkilatlar üçün faydalı olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Dekabr 2019

12 12 2019

12/12/19
“Samsung Galaxy S11” seriyalı yeni modellərin təqdimat tarixi açıqlanıb

“Samsung” şirkəti ənənəvi olaraq yeni nəsil “Galaxy S” smartfonlarını İspaniyanın Barselona şəhərində keç

12/12/19
Çində milli rəqəmli valyutanın sınaqları keçiriləcək

Çin Xalq Bankı ilin sonunadək elektron ödənişlər üçün “DCEP” adlı milli rəqəmli valyutanın sınaqlarını

12/12/19
Bu antivirus istifadəçiləri izləyir

Pulsuz “Avast” antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda

12/12/19
İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

ABŞ-ın “Sarcos Robotics” şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq

12/12/19
“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək

“Samsung” şirkəti yeni “Galaxy S11” modellərində öz istehsalı olan “Exynos” prosessorlarından

12/12/19
Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək

ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texno

12/12/19
“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

“The Verge” nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. “iPhone 4” son onilliyin

12/12/19
Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb

“Apple” şirkəti dekabrın 10-da iyunda təqdim edilən və peşəkarlar üçün nəzərdə tutulan “Mac Pro

12/12/19
“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

10 dekabr 2019-cu il tarixində “Microsoft” rəsmən “Windows 10 Mobile” sisteminin dəstəyini dayandırıb.

12/12/19
“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

“Apple” şirkəti tərəfindən təqdim edilmiş “iOS 13.3” versiyasında fiziki təhlükəsizlik açarlarının