12px13px15px17px
Tarix:08/11/19

Populyar “Android” proqramının zərərverici olduğu məlum olub

"Android" əməliyyat sistemi üçün "ai.type" adlı populyar klaviatura proqramının zərərverici olduğu məlum olub. Bu haqda "The Next Web" onlayn nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, mobil tətbiq gizli "kliker"ə malikdir. Fon rejimində reklam yükləyən gizli modul onlara klik edərək fırıldaqçıların pul qazanmasına şərait yaradıb. Bunun nəticəsində cihazların şarjı sürətlə azalır və mobil trafik boş yerə istifadə olunurmuş ki, bu da istifadəçilərin xərcinin artmasına səbəb olurmuş.

 

Həmçinin sözügedən tətbiq gizli şəkildə ödənişli onlayn xidmətlərə abunə olurmuş. "Upstream" xidmətinin ekspertləri bu zərərverici proqramın quraşdırıldığı 110 min qurğudan 14 milyon şübhəli tranzaksiya qeydə alıb. Bu proqramdan dəymiş zərərin həcmi 18 milyon dollar məbləğində qiymətləndirilib.

 

Bundan başqa, "ai.type" tətbiqi istifadəçilərdən media fayllara, yazışmalara, kontaktlara və elektron poçta giriş sorğuları edirmiş.

 

Sözügedən zərərverici proqram artıq "Google Play"dən silinib, amma buna baxmayaraq, "kliker" fəaliyyəti güclənib. Əvvəlki kimi, milyonlarla qurğu bu klaviaturadan istifadə edir.

 

Emil Hüseynov





Baxış sayı: 125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2019

14 11 2019

14/11/19
ABŞ-da ətraf mühitə zərər verməyən ilk daşınan tibbi laboratoriya təqdim edilib

ABŞ-da Kaliforniya Universiteti tibbi avadanlığı toplaya, sterilizasiya və təmir edə bilən ilk daşınan

14/11/19
“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

“Motorola” şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. “Samsung Galaxy Fold” cihazından fər

14/11/19
İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Tezliklə ilk “ağıllı” “Nokia” televizoru təqdim ediləcək.

14/11/19
“Tesla” şirkəti Berlində ilk Avropa zavodunu tikəcək

ABŞ-ın elektromobillərin istehsalı üzrə “Tesla” şirkəti Avropada ilk olmaqla Berlin yaxınlığında böyük za

14/11/19
“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporas

14/11/19
“İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilmiş “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiad

14/11/19
“Adobe” və “Microsoft” şirkətləri “bulud” bazarında əməkdaşlığı genişləndirir

“Adobe” və “Microsoft” şirkətləri “bulud” hesablamaları bazarında əməkdaşlığı genişləndirməyə 

14/11/19
Çində nəhəng külək generatoru hazırlanıb

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək genera