12px13px15px17px
Tarix:14/11/19

“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

“Motorola” şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. “Samsung Galaxy Fold” cihazından fərqli olaraq yeni “Razr” açılmış formada planşeti deyil, adi smartfonu xatırladır, ona görə qatlanmış formada ölçüsü çox yığcamdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, qurğunun korpusu polad və “Gorilla Glass” şüşəsindən işlənib hazırlanıb. Cihaz tərəflər nisbəti 21:9, təsvir ölçüsü 2142x876 piksel təşkil edən plastik örtüklü 6,21 düym diaqonallı elastik OLED displeyə malikdir. Bundan başqa, yeni “Motorola Razr” su damcılarından qorumaya malikdir, xüsusi örtük elektronikanı müdafiə edir. Amma cihazı suya salmaq olmaz.

 

“Razr” smartfonu qatlanmış vəziyyətdə də faydalıdır: 2,7 düymlük “Quick View” (800x600 piksel) displeyi vasitəsilə zəng etmək, yazışmaq, kontaktsız ödənişi təsdiq etmək, musiqini idarə etmək, keyfiyyətli əsas kamera ilə “selfi” çəkmək və bəzi sazlamaları dəyişdirmək olar.

 

“Motorola Razr 2019” aparatı “Qualcomm Snapdragon 710” prosessoru, 6 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapikseldir və f/1.7 obyektivinə malikdir, ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

 

“Android 9 Pie” sisteminin idarəetməsi altında işləyən smartfon ABŞ-da yanvardan etibarən 1499 dollar qiymətinə satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2019

11 12 2019

11/12/19
“Azərpoçt” MMC mükafatlandırılıb

“MasterCard” beynəlxalq ödəniş sisteminin təşəbbüsü ilə “Nağdsiz Azərbaycana doğru” şüarı altında 

11/12/19
Finlandiya avropalılara süni intellektin əsaslarını öyrədəcək

Finlandiya Avropa İttifaqı ölkələrinin bütün rəsmi dillərinə tərcümə ediləcək onlayn kurs vasitəsilə Avro

11/12/19
Demək olar ki çərçivəsiz “Redmi 13” noutbuku təqdim edilib

“Redmi” şirkəti dörd bir tərəfdən minimal çərçivəyə malik yeni “RedmiBook 13” noutbukunu təqdim edib.

11/12/19
Bu ölkə elektrik avtomobillərinin satış həcminə görə Avropada liderdir

Almaniya elektrik avtomobillərinin satış həcminə görə bir neçə il birinci pillədə qərarlaşmış Norveçi ger

11/12/19
“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinin vəziyyətini çətinləşdirəcək

“Windows 7” əməliyyat sistemi 2009-cu ildə təqdim edilib, amma “Microsoft” korporasiyasının yeni “Windows

11/12/19
“Facebook” hüquq-mühafizə orqanlarının şifrlənmiş məlumatlardan istifadəsinə icazə verməyib

“Facebook” sosial şəbəkəsi hüquq-mühafizə orqanlarına “WhatsApp” və “Facebook Messenger”

11/12/19
"Kasperski laboratoriyası" öz smartfonunu təqdim edəcək

"Kasperski laboratoriyası" təhlükəsiz smartfon istehsalını planlaşdırır. Qurğu korporativ sektor üçün nəz

11/12/19
“SLS” raketdaşıyıcısının mərkəzi blokunun yığılması tamamlanıb

ABŞ Kosmik Agentliyi (NASA) Aya və Marsa uçuşlar proqramları üçün istifadə ediləcək “SLS”

11/12/19
“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək

“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə hər il Las-Veqasda keçirilən və aparıcı istehlak elektronika