12px13px15px17px
Tarix:15/11/19

“Wikipedia”nın yaradıcısı “Facebook” şəbəkəsinə rəqib platforma istifadəyə verib

"Wikipedia" xidmətinin həmtəsisçisi Cimmi Uels "Facebook" və "Twitter"ə potensial rəqib olacaq "WT:Social" sosial şəbəkəsini istifadəyə verib. Bu sosial şəbəkə reklamsız işləyəcək, xidmətin fəaliyyəti maddi yardımlar vasitəsilə həyata keçiriləcək. Bu haqda "Financial Times" yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Uelsin sözlərinə görə, müasir sosial şəbəkələrin biznes modeli reklam üzərində qurulub, buna görə çox vaxt klikbeyt məzmun üstünlük təşkil edir. Həm də sosial şəbəkələrin xəbər lentlərini formalaşdıran alqoritmlər məhz ən populyar postları göstərir.

 

"WT:Social" sosial şəbəkəsində müxtəlif mövzular üzrə məqalələr yaratmaq, materiallar üçün linkləri paylaşmaq və onları müzakirə etmək olar.

 

Xəbər lenti postların dərcetmə vaxtı üzrə formalaşacaq: yenidən köhnəyə doğru. Bundan başqa, postların moderasiyası ilə "WT:Social" şəbəkəsinin istifadəçiləri özləri məşğul olacaqlar.

 

Emil Hüseynov





Baxış sayı: 990

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024