12px13px15px17px
Tarix:20/11/19

“Ağıllı” kart istehsalçısı fərdi informasiyanın mühafizəsi haqqında məlumat verib

Hər bir internet və müxtəlif proqram istifadəçiləri ilk növbədə özü fərdi məlumatlarının mühafizəsi haqqında düşünməli və son dərəcə diqqətli olmalıdır, hökumət və ya cəmiyyətin sizin üçün bunu edəcəyini düşünməyin. Bu haqda “XH Smart Tech” şirkətinin həmtəsisçisi Deniel Xu deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "Çin çox təhlükəsiz ölkədir, lakin bu, məhz fiziki təhlükəsizliyə aiddir. Müxtəlif ölkələrdə müxtəlif qanunlar qüvvədədir və insanlar fərdi məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə daha çox önəm verməlidirlər" – şirkətin nümayəndəsi jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, "fərdi informasiyanın hökumət və ya cəmiyyət tərəfindən müdafiəsinin təmin edilməsini gözləmək, düşünmürəm ki, düzgün seçimdir".

 

O, həmçinin bildirib ki, "biz öz informasiyamızı internet vasitəsilə paylaşarkən göstərdiyi xidmətə görə pul ödədiyimiz provayder informasiyanın qorunmasını təmin etməlidir və mənim fikrimcə, bütün şirkətlər bunu etməlidir".

 

Çinin Quandun əyalətinin Çjuxay şəhərində fəaliyyət göstərən “XH Smart Tech” şirkəti Çində “ağıllı” kartların istehsalı üzrə liderlərdən biridir.

 

Emil Hüseynov





Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024