12px13px15px17px
Tarix:22/11/19

Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı davam edir. Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər.

Konfrans zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 193 üzv dövlətinin nümayəndələri radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan “5G” texnologiyasına radiotezliklərin və yüksək hündürlükdə platforma stansiyaları üçün yeni tezlik diapazonlarının ayrılması, peyk tətbiqi üçün yeni və təkmilləşdirilən texnologiyaların istifadəsini dəstəkləyən tənzimləmə tədbirləri kimi bir sıra məsələləri müzakirə edir. Həmçinin müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məsələlərə dair fikir mübadiləsi aparılır. Konfrans zamanı gələcək texnoloji transformasiya perspektivləri də müzakirə olunur.

Sonda işçi qrupları tərəfindən hazırlanmış sənədlər komitələrdə təsdiqlənərək plenar iclaslara təqdim olunur. Bu, gələcəkdə yeni radiorabitə sistemlərində tətbiq ediləcək radiotezliklərin qlobal harmonizasiyasına şərait yaradır.

Ümumdünya Radiorabitə Konfransı həftə sonu öz işini bitirəcək.

Qeyd edək ki, Ümumdünya Radiorabitə Konfransı 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir. Zərurət yarandığı hallarda BTİ-nin radiorabitə qaydalarına, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsini tənzimləyən beynəlxalq müqaviləyə yenidən baxılması onun səlahiyyətlərinə daxildir.

Xatırladaq ki, Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə  seçilib.





Baxış sayı: 246

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Aprel 2020

01 04 2020

01/04/20
Çox sayda yerli və beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizəyə yönələn “virtual hackathon”a qatılır

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 

01/04/20
Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib

“Wi-Fi” siqnalı göndərən istənilən qurğu, həmçinin teraherslik dalğalar yayır. Amerikalı mühəndislər

01/04/20
“Office 365” məhsulunun adı dəyişdirilib

“Microsoft” şirkəti “Office 365” məhsulunun adının dəyişdirilməsini elan edib. 2020-ci il aprelin 21-dən

01/04/20
Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Int

01/04/20
Yeni “Sony” televizorları nümayiş olunub

“Sony” şirkəti Çində keçirilən ilk onlayn tədbir çərçivəsində premium sinifli yeni “ağıllı”

01/04/20
Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub

“Apple”ın məhsulları üzrə bloqer Con Posser “iPhone SE2” smartfonunun çıxarılma tarixini açıqlayıb. O

01/04/20
Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub

“Mutually Agreed Norms for Routing Security” (MANRS – “Qarşılıqlı razılaşdırılmış marşrutlaşdırma təhlükə

01/04/20
“Samsung” maye-kristal ekranlar bazarını tərk edəcək

“Samsung Electronics” şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. C

01/04/20
“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib

“Vivo” şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı “Vivo S6 5G” adlı smartfon təqdim edilib.

01/04/20
“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

“Microsoft” korporasiyası “Chrome”, “Opera” və “Firefox”a alternativ kimi təqdim edilən “E