12px13px15px17px
Tarix:23/11/19

“Apple” yeni binalar kompleksinin inşasına başlayır

"Apple" şirkəti Texas ştatının Ostin şəhərində yeni binalar kompleksi inşa edəcək. O, yeni "Apple MacBook Pro" noutbuklarının yığıldığı zavodun yaxınlığında tikiləcək. Şirkət rəhbəri Tim Kuk zavodu ABŞ Prezidenti Donald Trampa nümayiş etdirməyi planlaşdırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, sahəsi 280 min kvadratmetr təşkil edən kompleks ilkin mərhələdə 5 min əməkdaş üçün nəzərdə tutulacaq. Gələcəkdə isə bu sayın 15 minədək artırılacağı gözlənilir.
 
Hazırda Ostində təxminən 7 min "Apple" əməkdaşı çalışır. Şirkət tərəfindən tikintiyə 1 milyard dollar qoyulacaq.
 
Qeyd edək ki, ABŞ-ın ən aktiv inkişaf edən şəhərlərindən olan Ostində 1 milyona yaxın insan yaşayır. Burada, həmçinin Texas Universiteti və bir sıra texnoloji şirkətlərin bölmələri yerləşir. Ostin yaxınlığında Raund-Rok şəhərində isə "Dell Technologies" şirkətinin mənzil-qərargahı yerləşir.
 
Nizam Nuriyev




Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024