12px13px15px17px
Tarix:25/11/19

“OneWeb” peyklərinin buraxılışı yenidən təxirə salınıb

Böyük Britaniyanın “OneWeb” peyklərinin ikinci buraxılışı təxirə salınıb. Bu barədə kosmik sahədəki məlumatlı mənbələrin informasiyasında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “OneWeb” layihəsi çərçivəsində bütün dünyada istifadəçilərə internetə yüksəksürətli çıxışa imkan verəcək bir neçə yüz kiçik peykdən ibarət qruplaşma yaradılacaq.

 

Məlumata görə, ilk “OneWeb” aparatları orbitə bu ilin fevralında göndərilib: buraxılış “Soyuz-ST-B” raketdaşıyıcısı vasitəsilə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan həyata keçirilib.

 

İkinci buraxılış 2019-cu ilin sonunda Qazaxıstanda yerləşən Baykonur kosmodromundan planlaşdırılsa da, sonradan peyklərin əlavə sınaqlardan keçirilməsi üçün yaranan zərurət ilə əlaqədar startın 2020-ci ilin ikinci yarısına – yanvarın 23-nə keçirilməsi məlum olub. Lakin hazırda bu müddətin də təxirə salınaraq yanvar-fevral aylarının sonuna keçirildiyi bildirilir.

 

Qeyd edək ki, “OneWeb” sisteminin 672 peykinin 21 kommersiya buraxılışı üçün müqavilə 2015-ci ilin iyununda “Roskosmos”, “Arianespace” və “OneWeb” şirkətləri arasında imzalanıb.

 

“OneWeb” şirkətinin nümayəndələrinin sözlərinə görə, istifadəçilər perspektivdə 100 Mbit/saniyə (ən yüksək sürət 500 Mbit/saniyə) sürətində və 25-35 milli saniyə yubanma vaxtı ilə stabil bağlantı ilə təmin ediləcəklər. Mövcud geostasionar peyk rabitə sistemlərində orta yubanma vaxtı 300 milli saniyə təşkil edir. Britaniya provayderinin rəqibi kimi artıq orbitə 60 peyk buraxan, lakin onların sınaqlarını indiyədək açıqlamayan “SpaceX” şirkəti çıxış edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024