12px13px15px17px
Tarix:27/11/19

“Huawei MatePad Pro” planşeti rəsmən təqdim olunub

“Huawei” şirkəti “MatePad Pro” planşetini rəsmən təqdim edib. O, hazırda “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ən güclü planşeti hesab olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu “Kirin 990” prosessoru ilə təchiz edilib. Çipə səkkiz nüvə (hərəsi 4 ədəd olmaqla Cortex-A76 və Cortex-A55), “Mali-G76” qrafik sürətləndiricisi və “NPU” neyroprosessor modulu daxildir. Operativ yaddaş tutumu modifikasiyadan asılı olaraq 6 və ya 8 giqabayt təşkil edir.

 

“IPS” matrisalı ekranın diaqonal ölçüsü 10,8 təşkil edir və “Quad HD ” (2560 × 1600 piksel) təsvir ölçülüdür. Qurğu çərçivəsiz olduğundan displey korpusun ön səthinin 90 faizini əhatə edir.

 

Ekrana f/2,0 maksimal diafraqmalı 8 meqapikselli kamera quraşdırılıb. Arxa tərəfdə f/1,8 maksimal diafraqmalı 13 meqapikselli kamera yerləşir.

 

Dəstə 4096 basma səviyyəsini tanıyan “M-Pencil” elektron qələmi daxildir. Stilusu enerji ilə planşetin batareyasından simsiz üsulla doldurmaq mümkündür.

 

Yeni qurğu “Wi-Fi 802.11ac” və “Bluetooth 5.1” simsiz rabitə adapterləri, “GPS” naviqasiya sistemi qəbuledicisi və “nanoSD” kartı vasitəsilə genişləndirmə imkanına malik 512 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

 

Qabaritlər 159 × 246 × 7,2 mm, çəki 460 qram təşkil edir. Enerjini sürətli enerji doldurma dəstəkli 7250 milliamper/saat tutumlu güclü akkumulyator təmin edir. Proqram platforması qismində “EMUI 10” interfeysli “Android 10” əməliyyat sistemi tətbiq edilib.

 

“Wi-Fi” dəstəkli “MatePad Pro” planşetinin ilkin qiyməti 470 dollar, “4G/LTE” modemli modelin isə 540 dollar təşkil edir. Növbəti ilin əvvəlində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “MatePad Pro 5G” versiyasının buraxılacağı gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024