12px13px15px17px
Tarix:27/11/19

Düyməli telefonların tədarük həcmi 21% azalıb

“Counterpoint Technology Market Research”in analitikləri son rübdə qlobal smartfon və düyməli telefonlar bazarında əsas tendensiyaları əks etdirən ənənəvi hesabatı dərc ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hesabata görə, 2019-cu ilin iyul-sentyabrında qlobal smartfon tədarükü 380 milyon səviyyəsində olub. Eyni zamanda düyməli aparatların aid edildiyi “feature phone” seqmentinin tədarük həcmi 21% azalaraq 88 milyon təşkil edib.

 

Coğrafi məkan baxımından, Hindistan smartfon bazarında ən yaxşı nəticə nümayiş etdirib, adıçəkilən ölkədə tədarüklərin həcmi 10% artaraq 49 milyon olub. Yaxın Şərq və Afrika ölkələrində tədarük həcmi 8% yüksəlib. Çində isə 5%-lik azalma qeydə alınıb.

 

Emil Hüseynov





Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024