12px13px15px17px
Tarix:23/11/11

“Lenovo İdeaCentre Q180”: Dünyada ən kiçik nettop

“Lenovo” şirkəti “İntel Atom” aparat platformasında kiçik form-faktorlu “İdeaCentre Q180” stolüstü kompyuterinin satışlarına başlayıb. İstehsalçılar yeniliyi dünyada ən yığcam nettop adlandırırlar: qurğunun ölçüləri 192×155×22 mm təşkil edir.

Maksimal konfiqurasiyada kompyuter 2,13 QHz takt tezlikli ikinüvəli “Atom D2700” prosessoru və 4 QB əməli yaddaş ilə təchiz edilir. 750 QB tutumunda sərt diskin quraşdırılması mümkündür.

“Nettop 512 MB” yaddaş ilə “Radeon HD 6450A” qrafik sürətləndiricisinə, çoxkanallı səsli kodek, “Gigabit Ethernet” şəbəkə adapterinə, “Wi-Fi” simsiz əlaqə kontrollerinə və kardriderə malikdir. “USB 2.0” və “USB 3.0” portları, “D-Sub” və “HDMİ” interfeysləri var. Əməliyyat sistemi kimi “Windows 7” quraşdırılıb.



Baxış sayı: 1481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024