12px13px15px17px
Tarix:02/12/19

Elektrik enerjisindən istifadə etməyən yeni hesablama qurğusu təqdim edilib

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri tərəfindən hesablama prosesləri üçün təklif edilmiş yeni metod sayəsində qurğu elektrik enerjisindən istifadə etməyəcək və istilik ayrılmayacaq. Alimlər bunun üçün maqnit materialları və onların xüsusiyyətlərindən istifadə ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, onlar, həmçinin kvant effektlərindən istifadə edirlər (məsələn, elementar zərrəciklərin spin anının daşınması). Beləliklə, onların qurğusu elektrik enerjisi sərf etmədən, yalnız maqnit və spin effektləri ilə bir vəziyyətdən digərinə keçə bilər. Alimlər əmindirlər ki, yeni metod ətraf mühitə zərərli maddələrin atılmasını azaltmağa imkan verəcək və gələcəkdə qurğuların gücünü artıracaq.

 

Ənənəvi kompüterlər hesablamalar və məlumatların saxlanılması üçün böyük miqdarda elektrik enerjisi istifadə edirlər və boş-boşuna xeyli istilik ayrılır. Tədqiqatçılar daha səmərəli alternativ axtarışı üçün nisbətən az elektrik enerjisi sərf edən və demək olar, istilik ayrılmayan maqnit əsasında "spinotron" qurğuların hazırlanmasına başlayıblar.

 

Emil Hüseynov





Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024