12px13px15px17px
Tarix:03/12/19

“Nokia 800 Tough” telefonu üçün ilkin sifariş artıq əlçatandır

“HMD Global” şirkəti “Nokia 800 Tough” telefonu üçün ilkin sifarişi əlçatan edib. Zərbəyə davamlı telefonun qiyməti 210 manat təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Nokia 800 Tough” aparatı ABŞ-ın “MIL-STD810G” hərbi standartına uyğundur, “IP68” standartı üzrə su və toza qarşı dayanıqlıdır. İstehsalçının iddiasına görə, telefon -20-dən 55 selsi dərəcəyədək temperaturda işləyə bilir. Telefonun avtonom işləmə müddəti 40 gündür.

 

“KaiOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən telefona “Facebook”, “WhatsApp”, “Google Assistant” və başqa xidmətlər quraşdırılıb. “Nokia 800 Tough” aparatı 240x320 nöqtə təsvir ölçülü 2,4 düymlük displey və 2 meqapiksellik kamera ilə təchiz edilib. Telefon bu ilin sentyabrında “IFA” sərgisində nümayiş etdirilib.

 

Emil Hüseynov





Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024