12px13px15px17px
Tarix:03/12/19

“Android”də yeni boşluq bank müştərilərinin məlumatını təhlükə altına qoyub

“Android” sisteminin proqram təminatında boşluq cinayətkarlara bank hesablarından loqin və parolları oğurlamaq üçün tətbiqlər hazırlamağa imkan verir. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Promon” şirkətinin məlumatları buna sübutdur. Hesabat şirkətin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “StrandHogg” adlı boşluğun köməyi ilə fırıldaqçılar qurbanın mesajlarını oxuya, telefon söhbətlərini yaza, şəkillərə baxa və onun hərəkətini izləyə bilərlər. Onlar cihazda leqal proqramı öz proqramı ilə dəyişdirirlər, bundan sonra istifadəçi tərəfindən interfeysdə daxil edilmiş istənilən məlumatı əldə edirlər.

 

“Promon” şirkətinin məlumatına görə, ən azı 500 populyar proqramda bu boşluq aşkar edilib. Sxem 60 banka edilmiş hücumlarda yoxlanılıb, şirkət həmin bankların adını məxfi saxlayır.

 

“Promon” şirkəti artıq “Google”u məlumatlandırıb. “Google” şirkətinin mütəxəssisləri sözügedən boşluğu ciddi qəbul etməyiblər, ancaq “Promon” şirkətinin mütəxəssisləri iddia edirlər ki, hakerlər qurğu və proqramlara müdaxilə üçün “StrandHogg”dan istifadə edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024