12px13px15px17px
Tarix:03/12/19

Prezident İlham Əliyev: “Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXV beynəlxalq "Bakutel 2019" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Sizi Bakı şəhərində XXV beynəlxalq "Bakutel 2019" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel" sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir.

Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır.

Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur. Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir.

Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.

Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır.

İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir".
 




Baxış sayı: 183

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Dekabr 2019

05/12/19
“iPhone” smartfonuna barmaq izi skaneri əlavə ediləcək

“Apple” korporasiyası “iPhone” smartfonuna barmaq izi skanerini əlavə edəcək. “Touch ID” skanerinin yeni

05/12/19
Selfi kamerası korpusdan kənara çıxan “Motorola One Hyper” modeli təqdim edilib

“Motorola” şirkəti selfi kamerası korpusdan kənara çıxan ilk smartfon modelini təqdim edib.

05/12/19
“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir

"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd

05/12/19
“Qualcomm” iki barmaq üçün ultrasəs 3D barmaq izi skaneri hazırlayıb

Bir il bundan əvvəl “Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk ultrasəs “3D Sonic Sensor

05/12/19
“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət

05/12/19
Brin və Peyc “Alphabet”in rəhbər postunu tərk ediblər

ABŞ-ın “Google” şirkətinin təsisçiləri Serqey Brin və Larri Peyc “Alphabet” holdinqi üzərində nəzarəti

05/12/19
Sinir hüceyrələrini tamamilə əvəz edə biləcək miniatür çip hazırlanıb

Böyük Britaniyanın Bat Universitetinin alimləri tərəfindən hazırlanmış yeni miniatür çipin özəlliyi insan

05/12/19
“Hyundai Motor” şirkəti elektromobillərin inkişafına 17 milyard dollar investisiya yatıracaq

Koreya Respublikasının satış həcminə görə ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” şirkəti 2025-ci

05/12/19
“Xiaomi Mi Max” seriyalı smartfonların buraxılışı dayandırılacaq

“Xiaomi” şirkəti “Mi Max” seriyalı ucuz smartfonların buraxılışını dayandıracaq. Bu barədə sosial şəbəkəl

05/12/19
Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb

Çinin dəmir yolu stansiyalarında sifətin skan edilməsi və tanınması texnologiyası vasitəsilə cinayətkarla

05/12/19
“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

“Instagram” sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dek

04 12 2019

04/12/19
“Qualcomm” yeni qabaqcıl prosessoruna “5G” modem quraşdırmayıb

Mobil qurğular üçün dünyada ən böyük prosessor istehsalçısı “Qualcomm” şirkəti öz

04/12/19
Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb

“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə

04/12/19
Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə görüşlər keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Beynəlxalq Teleko

04/12/19
“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib

Bu gün “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

04/12/19
“Amazon” öz kvant kompüterindən istifadəyə icazə verib

“Amazon” internet şirkəti kvant hesablamalarına giriş imkanını təmin edən “Braket” onlayn xidmətinin

04/12/19
"Google Photos" foto xidmətinə çat əlavə edilib

"Google Photos" foto xidmətinə çat funksiyası əlavə edilib. İndi sözügedən xidmətdə şəkilləri başqa istif

04/12/19
Avropa Birliyi ölkələrində internet istifadəçilərinin 80%-dən çoxu internet üzərindən alış-veriş edir

Elektron ticarət üzrə dünya liderlərinin siyahısında 10 mövqedən 8-i Avropa ölkələrinin payına düşür. Bir

04/12/19
“SmartCell” proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi, bu

04/12/19
Prezident İlham Əliyev “Bakutel 2019” sərgisi ilə tanış olub (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində X

04/12/19
Kosmosda toqquşmaları izləməyə kömək edən yeni alət təqdim edilib

Texas Universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni alət kosmosda obyektlər bir-birindən

04/12/19
2024-cü ilədək biometrik qurğular bazarının həcmi 19 milyard dollara yaxınlaşacaq

“ABI Research” analitiklərinin proqnozuna görə, 2024-cü ilədək biometrik funksiyalı qurğuların satışından

04/12/19
“Huawei” şirkəti Çində güclü superkompüter tikir

“Huawei” şirkəti Pen Çen tədqiqat laboratoriyası (Peng Cheng Laboratory, PCL) ilə birlikdə “Peng Cheng Cl

04/12/19
“Apple” şirkəti “iPhone” modellərini ildə iki dəfə buraxmaq niyyətindədir

“Apple” şirkəti “iPhone” smartfonlarının buraxılışı üzrə strategiyanı dəyişmək niyyətindədir