12px13px15px17px
Tarix:04/12/19

“Amazon” öz kvant kompüterindən istifadəyə icazə verib

"Amazon" internet şirkəti kvant hesablamalarına giriş imkanını təmin edən "Braket" onlayn xidmətinin ilkin versiyasını istifadəyə verib. Hələ ki bu yenilikdən yalnız şirkətin korporativ müştəriləri istifadə edə bilərlər, xidmət "Amazon"un bir neçə kvant kompüterində əməliyyatlar yerinə yetirməyə imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "sözügedən xidmət bir çox insanlara və şirkətlərə kubitlər və kvant zəncirləri üzərində iş təcrübəsi qazanmağa imkan verəcək. Siz modelləşdirilən mühitdə sxemlər yarada və onları yoxlaya, bundan sonra real kvant kompüterində işə sala bilərsiniz" – "Amazon"dan deyiblər. Şirkət kvant kompüterlərin təkmilləşdirilməsi üzərində aparılan işləri davam etdirmək üçün xüsusi laboratoriya yaradacaq.

 

Bu halda "Amazon Braket" xidmətinin istifadəçiləri hazır alqoritmlərdən istifadə etməklə yanaşı, həm də özləri yeni həllər yarada bilərlər. Modelləşdirmə rejimi alqoritmin tətbiqini yoxlamağa, səhvləri tapmağa və onları aradan qaldırmağa imkan verəcək.

 

Kvant kompüterləri ənənəvi superkompüterlərlə müqayisədə hesablamaları daha sürətli yerinə yetirmək imkanına malikdirlər. Bu, kvant kompüterlərdə bitlərin bir neçə kvant halında ola bilməsi ilə izah edilir. Məsələn, belə bir qurğu tərəfindən 200 saniyə ərzində edilmiş hesablamalara adi güclü kompüterdə təxminən 10 min il vaxt sərf edilərdi.

 

Emil Hüseynov





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024