12px13px15px17px
Tarix:04/12/19

“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib

Bu gün "Bakutel 2019" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib. Builki konfrans "Əşyaların interneti: müasir cəmiyyətin təməli" mövzusuna həsr edilib.

 

Konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, "Aztelekom", "Baktelekom" və Məlumat Hesablama Mərkəzinin tərəfdaşlığı, "Azercell"in sponsorluğu ilə təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Əşyaların interneti"nin "5G", bulud texnologiyaları, böyük datalar, süni intellekt kimi texnologiyalar ilə birlikdə sürətlə bütün sahələri dəyişdiyini söyləyib. Yeni texnologiyalar, o cümlədən "Əşyaların interneti"nin bu gün hökumətlərin, beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumunun bununla bağlı tövsiyələr hazırladığını diqqətə çatdırıb.

 

Elmir Vəlizadə bildirib ki, nazirliyin tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində "Microsoft Azerbaijan" şirkətinin dəstəyi ilə "Əşyaların interneti laboratoriyası" qurulub. "Laboratoriyada "Əşyaların interneti" həllərinin yaradılması üçün hər cür şərait var. Artıq burada yaradılmış bir neçə həll "Bakutel" sərgisinin "Əşyaların interneti" stendində nümayiş etdirilir".

 

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao çıxış edib. Baş katib bildirib ki, 2025-ci ildə "Əşyaların interneti" bazarının həcminin 1 trilyon dollar olacağı, şəbəkəyə qoşulacaq əşyaların sayının isə 75 milyarda çatacağı proqnozlaşdırılır.

 

Tədbirdə "Əşyaların interneti" üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunub.

 

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gəlib.

 

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının "Süni intellekt", "Rəqəmsal startaplar və innovativ sahibkarlıq", "Dördüncü sənaye inqilabı", "Elm tutumlu istehsalat", "Kiberhazırlıq" və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

 

Ötənilki Xəzər İnnovasiya Konfransı "Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı" mövzusunda təşkil olunmuşdu. Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə adıçəkilən mövzuda bu cür beynəlxalq tədbirin təşkili böyük əhəmiyyət daşıyırdı.

 

Qeyd edək ki, innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib.

 

 

 

 





Baxış sayı: 2210

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Aprel 2020

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın

05 04 2020