12px13px15px17px
Tarix:06/12/19

“Rossiya 24” telekanalının “Bakutel 2019” sərgisi ilə bağlı yayımladığı reportajda Prezident İlham Əliyevin müsahibəsi də yer alıb

Rusiyanın "Rossiya 24" telekanalı dekabrın 5-də "Bakutel 2019" 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ilə bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsi də yer alıb.

 

"Rossiya-24"-ün müxbiri Aleksandr Çernetsovun reportajını təqdim edirik.

 

Aparıcı: Bakı. Yenə də "Formula 1"-in mühərriklərinin gurultusu. Bu dəfə arzu edən hər kəs özünü əsl pilot kimi hiss edə bilər. Yürüş bolidinin super müasir simulyatoru "Bakutel" Beynəlxalq Sərgisinə gətirilib. Yüzlərlə İT şirkətinin 23 ölkədən olan təmsilçisi texnologiyaların inkişafını və bu sahədə parlaq layihələri müzakirə edirlər və əlbəttə, müqavilələr bağlayırlar. Məsələn, "Azərkosmos" və Rusiyanın peyk rabitəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Aleksandr Çernetsov razılaşmaların nədən ibarət olduğunu öyrənib.

 

Müxbir: Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel 2019" mahiyyətcə ən qabaqcıl İT texnologiyalarının nümayişi üçün arenadır. Hər il Bakıya, Azərbaycan paytaxtına dünyanın 50 ölkəsinin telekommunikasiya bazarının aparıcı oyunçuları gəlir. Bu il "Bakutel"də nəinki rekord sayda iştirakçı, həm də bağlanacaq müqavilələrin rekord sayı gözlənilir. Axı bu gün Azərbaycan Xəzəryanı regionda İT texnologiyaları sahəsində aparıcı ölkədir.

 

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Zao deyir:

 

– Təxminən 10 il əvvəl, Prezident İlham Əliyevlə görüşəndə o dedi ki, Azərbaycan neftlə zəngindir. Lakin biz anlayırdıq ki, bu ehtiyat gec-tez tükənəcək. Buna görə hələ o vaxt biz fikirləşdik ki, digər ehtiyat istiqamətlərini inkişaf etdirmək lazımdır. Təbii ki, bu mənada İKT – İnformasiya-Kommunikasiya Texnologiyaları sektoru ən mühüm idi.

 

Müxbir: "Bakutel 2019" yubiley sərgidir. Düz 25 il bu məkan həm aparıcı İT şirkətlərinə, həm də gənc tədqiqatçılara öz nailiyyətlərini göstərmək imkanı verir. Yeni iştirakçılar arasında İrandan olan qonaqlar var. Tərəfdaşlar kiberhücumlara qarşı İT sahəsindəki işlərini sərgidə təqdim edirlər. Digər iki qonşu stenddə isə jurnalistlərin videokameraları həqiqətən tarixi anı qeyd edir: "Azərkosmos" və Rusiyanın peyk rabitəsi ilk tərəfdaşlıq sazişini imzaladılar.

 

Rusiyanın "Federal Dövlət Unitar Müəssisəsi" şirkətinin biznesin inkişafı baş direktorunun müavini Kseniya Drozdova deyir:

 

– Kosmik imkanlarımızı birləşdirərək, biz Yaxın Şərq, Xəzər və Cənubi Afrika regionunda teleradio yayımları şirkətlərinə, rabitə operatorları şirkətlərinə daha geniş imkanlar təqdim etməyi nəzərdə tuturuq.

 

Müxbir: Yeri gəlmişkən, "Bakutel" təkcə biznes və strateji vəzifələr haqqında deyil. Bu həm də əyləncədir...

 

Yəqin ki, bu sərginin istənilən qonağı özü üçün, öz maraqları üçün nəsə tapa bilər. Məsələn, bu, "Formula 1"-in maksimal olaraq reallığa yaxın bolididir. Bu, əlbəttə ki, virtual olaraq trasda özbaşınalıq etmək və özünüzü Alonso kimi hiss etmək üçün nadir imkandır.

 

Yaxud İT robotexnika. Məsələn, dünyaca məşhur robot – Almaniyadan olan rəssam, bu isə teatronikadır – tamaşaçıların sevimlisi pianoçu robot.

 

İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyir:

 

– Bilirsiniz, 30-cu ilədək artıq 54 peşə süni intellekt və robotexnika ilə əvəz olunacaq. Buna görə bizim üçün gənc nəsilə yaxın gələcəkdə gözlənilənləri nümayiş etdirmək vacibdir.

 

Müxbir: Sərginin iştirakçılarını və qonaqlarını şəxsən salamlamaq üçün bu gün Prezident və birinci xanım da gəliblər. Kanalımıza eksklüziv müsahibədə söhbət, ilk növbədə, İlham Əliyevin fikrinə görə, bu gün ən yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərindən getdi.

 

Prezident İlham Əliyev deyir:

 

– Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı və istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı və Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu həm təhlükəsizlik, həm texnologiya, həm də biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir.

 

Müxbir: Bu ilin sonunadək iki ölkənin prezidentləri növbəti dəfə Moskvada görüşəcəklər. Planda, həmçinin İT texnologiyaları sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi var.


 





Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 Aprel 2020

01 04 2020

01/04/20
Çox sayda yerli və beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizəyə yönələn “virtual hackathon”a qatılır

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 

01/04/20
Elektronikanın “Wi-Fi” vasitəsilə şarjı üçün ideya təklif edilib

“Wi-Fi” siqnalı göndərən istənilən qurğu, həmçinin teraherslik dalğalar yayır. Amerikalı mühəndislər

01/04/20
“Office 365” məhsulunun adı dəyişdirilib

“Microsoft” şirkəti “Office 365” məhsulunun adının dəyişdirilməsini elan edib. 2020-ci il aprelin 21-dən

01/04/20
Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Int

01/04/20
Yeni “Sony” televizorları nümayiş olunub

“Sony” şirkəti Çində keçirilən ilk onlayn tədbir çərçivəsində premium sinifli yeni “ağıllı”

01/04/20
Ucuz “iPhone” smartfonunun çıxarılma tarixi məlum olub

“Apple”ın məhsulları üzrə bloqer Con Posser “iPhone SE2” smartfonunun çıxarılma tarixini açıqlayıb. O

01/04/20
Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub

“Mutually Agreed Norms for Routing Security” (MANRS – “Qarşılıqlı razılaşdırılmış marşrutlaşdırma təhlükə

01/04/20
“Samsung” maye-kristal ekranlar bazarını tərk edəcək

“Samsung Electronics” şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. C

01/04/20
“Samsung”un prosessoru və qabaqcıl kamera ilə təchiz edilmiş smartfon təqdim edilib

“Vivo” şirkəti tərəfindən keçirilmiş onlayn təqdimat zamanı “Vivo S6 5G” adlı smartfon təqdim edilib.

01/04/20
“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

“Microsoft” korporasiyası “Chrome”, “Opera” və “Firefox”a alternativ kimi təqdim edilən “E