12px13px15px17px
Tarix:12/12/19

“Samsung Galaxy S11” seriyalı yeni modellərin təqdimat tarixi açıqlanıb

“Samsung” şirkəti ənənəvi olaraq yeni nəsil “Galaxy S” smartfonlarını İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress” (MWC) sərgisi ərəfəsində “Unpacked” tədbirində nümayiş etdirir. Bu ənənə 2020-ci ildə də davam etdiriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, əvvəllər mobil dünyada hazırlanan yeni qurğular barədə dəqiq məlumatların dərc edilməsi ilə məşhurlaşan “Ice universe” adlı blogerin məlumatına görə, “Galaxy S11” seriyalı qabaqcıl smartfonlar fevralın 18-də San-Fransiskoda baş tutacaq tədbirdə nümayiş olunacaq. “MWC 2020” sərgisi isə fevralın 24-27-də keçiriləcək.

 

Bildirilir ki, “Galaxy S11” seriyalı qurğularla birlikdə yeni nəsil “Galaxy Fold” smartfonu (rəsmi ad fərqli ola bilər) təqdim ediləcək.

 

Ehtimallara görə, “Samsung” şirkətinin yeni qabaqcıl smartfonlar seriyasına “Galaxy S11e”, “Galaxy S11” və “Galaxy S11 ” modelləri daxil olacaq. 6,3–6,4, 6,7 və 6,9 düym diaqonallı ekranlarla təchiz ediləcək qurğular satış regionundan asılı olaraq “Snapdragon 865” və ya “Exynos 9830” (Exynos 990) prosessorlarına malik olacaq. Arxa tərəfdə çoxmodullu kamera yerləşəcək.

 

Növbəti nəsil elastik smartfon isə korpusunun konstruksiyasına görə klassik açılıb-yığılan modellərə bənzəyəcək. Vertikal şəkilli uzunluğa malik ekran ortadan qatlanacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Sentyabr 2020

26 09 2020

26/09/20
“Sualtı “Wi-Fi” yaradılıb

“Hydromea” şirkətinin tədqiqatçıları “LUMA” adlı yeni simsiz məlumat ötürmə texnologiyası

26/09/20
Pandemiya fonunda smartfonların orta qiyməti 10 faiz bahalaşıb

“Counterpoint Technology Market Research” şirkəti bu ilin ikinci rübündə dünya smartfonlar bazarında vəzi

26/09/20
“Windows 10” sisteminin beta versiyasında “Zoom” proqramının analoqu test edilir

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasının testlərinə başlayıb. Beta v