12px13px15px17px
Tarix:16/12/19

“Microsoft” növbəti nəsil “Xbox” oyun konsolunu elan edib

Dekabrın 12-də Los-Ancelesdə “The Game Awards 2019” mükafatlandırma mərasimində “Xbox”un direktoru Fil Spenser yeni nəsil oyun konsolunu – “Xbox Series X” elan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni “Xbox” oyun konsolu öz formasına görə kompüterin sistem blokunu xatırladır. Konsolu həm şaquli, həm də üfüqi yerləşdirmək olar.

 

“Xbox”un rəsmi saytında Spenser məlumat verib ki, oyun konsolunun mərkəzi prosessorunun məhsuldarlığı əvvəlkindən 4 dəfə daha güclüdür, həmçinin səssiz işləyir.

 

Bundan başqa təqdim edilmiş yeni simsiz kontroller ekran görüntülərini asanlıqla əldə etməyə və oyun çarxlarını çəkməyə imkan verən yeni “Share” düyməsi ilə təchiz edilib.

 

Yeni oyun konsolunun 2020-ci ilin sonunadək satışa çıxarılacağı gözlənilir. Qiyməti haqqında məlumat yoxdur.

 

“Xbox” – “Microsoft” şirkəti tərəfindən hazırlanmış oyun konsoludur. İlk dəfə 2001-ci ildə satışa çıxarılıb.

 

Emil Hüseynov





Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024