12px13px15px17px
Tarix:18/12/19

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

"WhatsApp" istifadəçiləri eyni qrup çatında olduqları insanların qurğularında messencerin işini bloklamaq imkanına malik olublar. Bu haqda İsrailin "Check Point" şirkətinin araşdırmasında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, məlumata görə, aşkar edilmiş boşluq telefonlarda qəza rejimini işə salmağa imkan verirdi. Hazırda bu problem messencerin 2.19.246-dan yuxarı versiyalarında aradan qaldırılıb.

 

Hakerlər, həmçinin istifadəçilər tərəfindən göndərilmiş mesajların məzmununu deşifrə edə bilirdilər. Tədqiqat şirkətinin analitikləri bildiriblər ki, beləliklə hakerlər çatlardan məlumatları ələ keçirə, hətta onları birdəfəlik silə bilirdilər.

 

"Check Point" şirkətinin məlumatına görə, sözügedən boşluğun səbəbi XMPP sürətli mesajlaşma protokolunun xüsusiyyətləri ilə bağlı olub.

 

Emil Hüseynov





Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024