12px13px15px17px
Tarix:19/12/19

“ADR-100” adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alib

25 may 2018-ci ildə "Azərmarka" tərəfindən dövriyyəyə buraxılmış "Azərbaycan Demokratik Respublikası-100 il" adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (Wiener Internationale Postwertzeichen-Ausstellung — WIPA) ilk onluğuna daxil olub.

Sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycan Respublikasının xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində "1918-2018. Azərbaycan Demokratik Respublikası 100 il" və "1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev" sözləri yazılıb.

Bir markadan ibarət poçt blokunun ölçüsü 90x100 millimetrdir. "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış blok Fransanın "Cartor Security Printing CSP" mətbəəsində 5000 ədəd tirajla çap edilib.

Qeyd edək ki, WIPA beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir.
 
Builki müsabiqədə ilk yerin qalibi Ukraynanın "Ukrpoşta" şirkəti tərəfindən 3 iyul 2018-ci ildə buraxılmış "Ukraynanın həşəratlar aləmi" adlı holoqramlı poçt markaları olub.
 
"ADR-100" adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.







 





Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024