12px13px15px17px
Tarix:20/12/19

“iPhone” smartfonlarının istehsalı 45 faiz azala bilər

“Apple” şirkətinin Çində mədaxilinin azalması sərmayədarların narahatlığına səbəb olub. Bununla əlaqədar şirkət smartfon istehsalını azaltmağa məcbur olacaq. Bu barədə “Rosenblatt Securities” şirkətinin analitiki Cun Çjanın müştərilərə ünvanlanan məktubunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, məlumata görə, “Apple” şirkətinin 2019-cu ilin noyabrında Çin bazarında satış həcmində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalma qeydə alınıb. Azalmanın əsas səbəbi kimi ekspert “iPhone 11 Pro” seriyalı bahalı qurğuların satışına mane olan “iPhone 11” modelinə yüksək tələbatı göstərir.

 

Ekspertin proqnozuna görə, bu ilin birinci rübündə “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” modellərinin ümumi istehsal həcmi əvvəlki rüblə müqayisədə 60 faiz, “Apple” smartfonlarının ümumi tədarükü isə 40-45 faiz azalacaq.

 

“iPhone” smartfonlarının tədarükündə gözlənilən azalmanın əsas səbəbini “Rosenblatt Securities” analitiki “Apple” şirkətinin Çin bazarında üzləşdiyi problemlərlə əlaqələndirir. Belə ki, hazırda ölkə bazarında “5G” şəbəkələrini dəstəkləyən smartfonlar geniş yayılır və müvafiq mobil rabitə xidmətləri sürətlə inkişaf edir.

 

C.Çjan “Apple” səhmlərinin məzənnəsinin 150 dollaradək ucuzlaşacağını proqnozlaşdırır, halbuki dekabrın 18-də birja başa çatan zaman səhmlərin dəyəri 280 dollar təşkil edib. 2019-cu ilin əvvəlindən şirkətin qiymətli kağızları 77 faiz bahalaşıb.

 

Nizam Nuriyev





Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024