12px13px15px17px
Tarix:20/12/19

Dünyada kobaltsız və nikelsiz ilk batareya təqdim edilib

"IBM" şirkətinin tədqiqatçıları dünyada tərkibində kobalt və nikeldən istifadə olunmayan ilk batareya təqdim ediblər. Həmin elementlər dəniz suyundan əldə olunan "yaşıl" materiallarla əvəz edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, yeni materialların tətbiqi sayəsində sözügedən akkumulyator bazarda mövcud olan bütün litium-ion analoqlarından ucuz olacaq. Bundan başqa, onların xüsusiyyətləri, xüsusilə şarj sürəti və enerji sıxlığı artacaqdır. Həmçinin qurğuların alışma riski son dərəcə azalacaq.

 

Alimlər bildiriblər ki, yenilik ilk növbədə elektrik avtomobillərində istifadə oluna bilər. İlkin sınaqlara görə, 80% enerji doldurulması üçün 5 dəqiqə kifayət edir, ucuz materiallar isə yeni batareya növünü asanlıqla bazara çıxartmağa imkan verəcək.

 

"Nikel və kobalt kimi ağır metallar daxil olmaqla, bir çox materiallar böyük ekoloji və humanitar risk yaradır. Bundan başqa, kobalt Mərkəzi Afrikada istismar şəraitində hasil olunur" – "IBM"dən məlumat verilib.

 

Sınaqlar nəticəsində məlum olub ki, yeni batareyalar 3 ilədək işləyə bilər və onların orta gücü 10 min vatt/saat təşkil edir. Bu o deməkdir ki, gələcəkdə batareyanı "ağıllı" elektrik şəbəkələri və enerji infrastrukturunda istifadə etmək olar.

 

Emil Hüseynov





Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024