12px13px15px17px
Tarix:26/12/19

Beynin funksiyalarına malik ilk neyromorf şəbəkəsi hazırlanıb

ABŞ və yaponiyalı alimlər tərəfindən təqdim edilmiş neyromorf şəbəkəsi ondan elektrik enerjisi keçdikdə beynin funksiyalarına malik olur. Alimlər bildiriblər ki, onlar ilk dəfə nanomateriallardan süni beynin işlək modelini hazırlamağa nail olublar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, ABŞ və Yaponiyadan olan beynəlxalq tədqiqat qrupu çoxsaylı metal nanonaqildən ibarət olan neyromorf şəbəkəsi hazırlamağa müvəffəq olub. Bu şəbəkədən istifadə edən komanda beynin impulslarına bənzər impulslar yarada bilib. Məsələn, o, yadda saxlamaq, öyrənmək, unutqanlıq, sayıqlıq və sakitlik kimi xüsusiyyətlər nümayiş etdirə bilər.

 

Qurğunun ölçüsü 10 kv.mm təşkil edir. "Bizim neyromorf şəbəkəmiz əslində beynin işlək modelidir" – alimlər deyiblər.

 

Emil Hüseynov





Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024