12px13px15px17px
Tarix:27/12/19

“Windows” sistemində drayverlər avtomatik quraşdırılacaq

“Windows” əməliyyat sistemində drayverlərin quraşdırılması üçün asanlaşdırılmış sistem istifadəyə veriləcək. Bu haqda “Ghacks” portalı yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssislər bu yaxınlarda çıxarılmış “Windows 10 Build 19536” quraşdırılmasına diqqət yetiriblər. Məlum olub ki, “Windows” sistemində yaxın gələcəkdə drayverlərin quraşdırılması üçün vahid interfeys əlçatan olacaq. Məlumata görə, yeni alət sistemi yeni qurğular baxımından skan edəcək və avtomatik lazımi proqram təminatını təklif edəcək.

 

“Ghacks” nəşrinin məqaləsində deyilir ki, hazırda fərdi kompüter sahibləri və sistem administratorları lazımi drayverləri özləri axtarmağa və quraşdırmağa, yaxud kənar proqramlardan istifadəyə məcburdurlar. Məsələn, istifadəçilər proqram təminatını quraşdırmaq, silmək üçün qurğular menecerindən istifadə edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024