12px13px15px17px
Tarix:27/12/19

Asiyanın ən bahalı şirkəti məlum olub

Çinin “Alibaba” internet nəhəngi Asiyanın ən bahalı şirkəti adına layiq görülüb. 2019-cu ilin sonunda şirkətin bazar kapitallaşması 570 milyard dollara yaxınlaşıb və bu, ötənilki lider “Tencent” şirkətinin göstəricisindən (459 milyard dollar) çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Alibaba” bazar qiymətinin göstəricisinə görə dünyada “Saudi Aramco”, “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook”dan sonra 7-ci yerdə qərarlaşıb.

 

"Çində real gəlirlərin artması, sürətlə inkişaf edən şəhərlərin sayının çoxalması “Alibaba”nın səhmlərinə müsbət təsir göstərir" – “EqualOcean” konsaltinq şirkətinin analitiki İvan Platonov “Nikkei” nəşrinə deyib.

 

Emil Hüseynov





Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024