12px13px15px17px
Tarix:28/12/19

“WhatsApp” messencerində yeni funksiya əlçatan olub

“WhatsApp” messenceri qrup çatlarında avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu haqda “91Mobiles” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, nəşrin məlumatına görə, funksiya mesajları avtomatik təmizləməyə və telefonun yaddaşına qənaət etməyə kömək edəcək. Adi istifadəçilərə əlçatmaz olan sözügedən funksiyadan yalnız çat administratorları istifadə edə biləcəklər.

 

Yeniləmə “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün “WhatsApp 2.19.275” yeniləməsində qeydə alınıb, ancaq son beta-versiyada bu funksiya "Mesajları silmək" adlandırılıb.

 

Emil Hüseynov





Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024