12px13px15px17px
Tarix:29/12/19

BMT kibercinayətkarlıqla mübarizə üzrə qətnamə qəbul edib

BMT Baş Assambleyası kibercinayətkarlıqla mübarizə üzrə qətnamə qəbul edib. Sənədin təşəbbüskarı qismində Rusiya çıxış edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RIA" resursuna istinadən yazır ki, qətnamənin lehinə 79, əleyhinə 60 ölkə səs verib, 33-ü isə bitərəf qalıb.

 

Baş Assambleyanın iclası zamanı ABŞ nümayəndəsi Çerit Norman Şale qətnamənin əleyhinə çıxış edərək onun kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığı pozacağını bildirib.

 

Məlumata görə, Rusiya ilə birlikdə daha 47 dövlətin müəllifi olduğu qətnamə BMT Baş Assambleyası tərəfindən bütün regionları təmsil edən xüsusi hökumətlərarası ekspertlər komitəsinin yaradılmasını nəzərdə tutur. O, informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında beynəlxalq konvensiyanın hazırlanması ilə məşğul olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024